Diqqət !!! Rezidentlər üçün elan

Əmək qabiliyyətini müvəqqəti itirmə və ya sosial məzuniyyətlə əlaqədar təhsil müddəti fevral ayının sonlarınadək uzadılmış, eləcə də 2017-ci ilin oktyabr ayında keçirilmiş yekun attestasiyanın I və ya II mərhələsindən keçə bilməmiş və ya üzrlü səbəbdən attestasiyada iştirak etməmiş həkim-rezidentlər üçün 2018-ci ilin fevral ayında yekun attestasiya keçiriləcəkdir. Naxçıvan Dövlət Universitetinin rezidentləri istisna olmaqla digər klinik bazaların rezidentləri üçün yekun attestasiya Azərbaycan Tibb Universitetində keçiriləcəkdir.

 

Yekun attestasiya iki mərhələdə (test və praktik) aparılacaqdır. Birinci mərhələdə rezident 3 saat ərzində 50 test sualına cavab verir. Test imtahanı komputer vasitəsilə aparılır. Test suallarına hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə buraxılırlar. İkinci mərhələdə rezident tərəfindən 5 müxtəlif klinik hal araşdırılır. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin edilən 10 bal çərçivəsində qiymətləndirilir. Bu mərhələnin yekununa görə 30 və ya daha çox bal toplamış rezident yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir.

 

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Yekun Attestasiyanın test mərhələsi 26.02.2018-ci il tarixində saat 10:00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) keçiriləcəkdir. 14.02.2018-ci il tarixindən etibarən rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər. VTMAzərbaycan Tibb Universitetinin 5-ci korpusunda yerləşir.

 

Yekun attestasiyanın praktik mərhələsi 28.02.2018-ci il tarixində saat 10:00-da Azərbaycan Tibb Universitetinin kafedralarında və klinikalarında keçiriləcəkdir. Rezidentlərin göstərilən günlərdə saat 09.45-də ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Yekun attestasiyanın ixtisaslar üzrə praktik mərhələsinin keçirildiyi yerlər aşağıdakıcədvəldə verilmişdir:

 

İxtisaslar

 

Attestasiyanın keçiriləcəyi yer 

Psixiatriya

Narkologiya

Azərbaycan Tibb Universitetinin Psixiatriya  kafedrası,

2 nömrəli Psixiatriya Xəstəxanası

Ümumi cərrahiyyə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,  X mərtəbə
Plastik cərrahiyyə Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası, VIII mərtəbə
Urologiya Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  XII mərtəbə
Nefrologiya Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası, III mərtəbə, professor otağı
Revmatologiya Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası,  XI  mərtəbə, professor otağı
İmmunologiya

 

Azərbaycan Tibb Universitetinin 5  nömrəli tədris binası,

I mərtəbə

Ftiziatriya

 

Azərbaycan Tibb Universitetinin  Ftiziatriya  kafedrası, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri  İnstitutu
Gigiyena

 

Azərbaycan Tibb Universitetinin 1 nömrəli tədris binası,

IV mərtəbə

Mikrobiologiya

 

Azərbaycan Tibb Universitetinin 4 nömrəli  tədris binası,

III mərtəbə

Laboratoriya işi

 

Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası, Biokimyəvi  laboratoriya
Epidemiologiya

 

Azərbaycan Tibb Universitetinin 5 nömrəli  tədris binası,

VII mərtəbə

Anesteziologiya-reanimatologiya Azərbaycan Tibb Universitetinin Tədris  Terapiya  Klinikası,  IV  mərtəbə, professor otağı
Oftalmologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  VI mərtəbə
Allerqologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris  Terapevtik  Klinikası,  XII mərtəbə, professor otağı
Stomatologiya

 

Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədris  mərkəzi
Onkologiya Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası
Mamalıq-ginekologiya Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə
Otorinolarinqologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VIII mərtəbə
Nevrologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya   Klinikası,  VII mərtəbə, professor otağı
Terapiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

VIII mərtəbə, professor otağı

Kardiologiya Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası,

X mərtəbə seminar otağı

Qastroenterologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

XI mərtəbə, professor otağı

Hematologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikasının Hematologiya   şöbəsi, XIII mərtəbə, həkim otağı
Dermatovenerologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

I mərtəbə, mühazirə zalı 103

Yoluxucu xəstəliklər

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

I mərtəbə, mühazirə zalı 103

Endokrinologiya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

IX mərtəbə, professor otağı

Pediatriya

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

V mərtəbə, professor otağı

Şüa diaqnostikası

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,

II mərtəbə, mühzirə zalı 203

Yekun attestasiya ilə bağlı hər hansı sualınızla əlaqədar ATU-nun rezidentura şöbəsi ilə 012 597 44 83 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.