Cəlilabadda körpə enerji batareyası udaraq ölüb

Cəlilabad rayonunda körpə enerji batareyasını udması nəticəsində ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü İbrahim Xalid oğlu Ağayevin halı pisləşdiyindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Müayinə zamanı onun mədəsində enerji batareyası aşkarlanıb. Həkimlərin səylərinə baxmayaraq, uşaq martın 26-da dünyasını dəyişib.

Qeyd edək ki, İ.Ağayev ailənin üçüncü övladı olub.

Image result for ребенок проглотил батарейку

Image result for ребенок проглотил батарейку