Çarpayıdan yıxılan 1 yaşlı uşaq xəstəxanada öldü

Baxış
33

Şirvanda hündürlükdən yıxılaraq ağır xəsarət alan 1 yaşlı uşaq müalicə aldığı xəstəxanada həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

Bir gün əvvəl çarpayıdan yıxılan uşaq ağır kəllə-beyin travması alıb. O, kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olduğundan uşaq Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzinə təxliyə edilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Surxay Şahbazov

Mənbə: https://qafqazinfo.az/news/detail/carpayidan-yixilan-1-yasli-usaq-xestexanada-oldu-524932

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin