ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib

Baxış
32

Azərbaycan Tibb Universitetinin (ATU) Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının təşkilatçılığı ilə “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib.

Multidissiplinar formatda təşkil olunan konfransa kafedranın müdiri, professor Vəfa Pənahian sədrlik edib.

Sahə üzrə həkimlər ilə yanaşı, respublikanın müxtəlif tibb müəssisələrində fəaliyyət göstərən pediatr, nevropatoloq və ailə həkimlərinin də iştirak etdiyi tədbirdə ümumilikdə 23 elmi məruzə təqdim olunub.

Konfrans çərçivəsində kafedranın dosentləri Ayaz Qasımov və Sara Ağalar, assistent Afaq Şadlinskaya, baş laborantlar Elvin Ələskərov və Fidan Həşimzadə, eləcə də Üz-çənə və ağız xəstəlikləri kafedrasının assistenti Anar Yusubov məruzələrlə çıxış ediblər.

Tədbirdə, həmçinin, ATU-nun Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli və Uşaq xəstəlikləri kafedrasının professoru Səbinə Qarayeva çıxış ediblər.

Konfrans müxtəlif ixtisaslar üzrə mütəxəssislər arasında elmi və peşəkar fikir mübadiləsinin aparılması, uşaqlarda rast gəlinən qulaq, burun və boğaz xəstəliklərinin diaqnostikası və müalicəsinə dair aktual məsələlərin müzakirəsi, eləcə də multidissiplinar əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli platforma olub.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin