Azərbaycanda avqust-sentyabr aylarında 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub

Baxış
14

Azərbaycanda cari il avqustun 1-dən sentyabrın 30-dək ümumilikdə 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub.

Bu barədə “Report”a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan uşaq poliklinikalarında, həmçinin regionlarda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 65 257 uşağa 90 972 peyvənd vurulub.

“Peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və vaxtsız ölümdən qoruyan ən təsirli səhiyyə tədbirlərindən biridir”, – məlumatda qeyd olunub.

Mənbə: https://report.az/sehiyye-xeberler/azerbaycanda-bu-ilin-son-iki-ayinda-65-minden-cox-usaq-vaksinasiyaya-celb-olunub
Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin