Bu il 41 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına cəlb olunacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu il 41 minə yaxın 5 yaşı tamam olmuş uşağın elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, bu il Bakı üzrə 940, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə 630 məktəbəhazırlıq qruplarının olması proqnozlaşdırılır.

Bu ərazilərdə ümumilikdə 1570 qrupun olması gözlənilir.