Bakıda klinikadan 5 min manat oğurlanıb, kassir tutulub

Baxış
50

Paytaxtın Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən oğurluq edilib.

APA DİN-ə istinadən xəbər verir ki, həmin tibb mərkəzindən polisə müraciət olunaraq kassadan 5000 manatın talandığı bildirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin