Azərbaycan Kardiologiya Cəmiyyətinin V Ürək Çatışmazlığında Yeniliklər Konqresi keçirilib
12 iyun 2026-cı il tarixində Bakıda, Fairmont Baku Hotelində Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə V Ürək Çatışmazlığında Yeniliklər Konqresi baş tutub.
Tədbirdə ölkənin müxtəlif tibb müəssisələrindən 400-ə yaxın həkim iştirak edib. Konqres zamanı ürək çatışmazlığının diaqnostikası, müalicəsi, beynəlxalq klinik tövsiyələr və müasir elmi yeniliklər müzakirə olunub.
Yerli və xarici mütəxəssislərin çıxış etdiyi tədbirdə elmi fikir mübadiləsi aparılıb, gənc həkimlər arasında Klinik Hal Yarışması keçirilib. Yarışmanın qalibi Afaq Musayeva olub.
Konqres çərçivəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin akkreditasiya proqramını uğurla tamamlayan həkimlərə sertifikatlar təqdim edilib. Tədbir kardiologiya sahəsində peşəkar inkişafın və müasir tibbi yanaşmaların tətbiqinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.











