Abşeron Mərkəzi Xəstəxanasında müalicə olunan şəxs 3-cü mərtəbədən yıxılıb ölüb
Baxış
115
Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölən şəxsin – 1976-cı il təvəllüdlü Hidayət Məmmədzadənin xəstəxanada müalicə aldığı və ehtiyatsızlıqdan binanın 3-cü mərtəbəsindən yıxıldığı deyilir.
Faktla bağlı araşdırmalar aparılır.
Şərhlər (0)