Vaxtında peyvəndləri olunmamış uşaqlara yanaşma. Həkim Nərmin Əzizova, uzman-həkim Əli Quliyev

Uşaqların xəstə olmaları və ya hər hansı səbəbdən peyvənd edilmələri gecikə (unudula) bilər. Bəzən də belə hallar olur ki, valideynlər əsassız səbəblər gətirərək övladlarını peyvənd elətdirməkdən imtina edirlər.

Ümumiyyətlə, uşağın müayinəsi (müalicəsi) ilə bağlı həkimə müraciət edildikdə mütləq peyvənd cədvəli yoxlanmalı və əksik olan peyvəndlər edilərək tamamlanmalıdır. Aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, dünyada uşaqlıq dövründə qızılca, göyöskürək, difteriya, polimielit kimi xəstəliklərə qarşı peyvəndlənmənin aparılması hesabına bu yoluxucu xəstəliklərə rast gəlinmə tezliyi azalıb.

Peyvənd ilə qoruna bilinən yoluxucu xəstəliklərə qarşı tam qorunmaq üçün əhalinin 80%-i peyvənd olunmalıdır. Bu hədəfə çatmaq üçün uşaqların peyvəndlənməsinin qarşısını alan faktorlar bilinməli və aradan qaldırılmalıdır.

Uzun müddət keçmiş olsa da, peyvəndlənməyə harda qalınıbsa ordan da davam edilməlidir. Vaxtında peyvəndləri olunmamış uşağın yaşına uyğun olaraq peyvəndlənmə aparılmalıdır.

Əgər peyvəndlənmə heç aparılmayıbsa onda o yaşa qədər ehtiyac olan peyvəndlər sürətli şəkildə icra edilməlidir.

Azaldılmış və ya bölünmüş dozda edilən peyvəndlər sayılmır.

Peyvəndləri əksik aparılmış uşaqlara həkiminizin məsləhəti ilə canlı və ya inaktiv peyvəndlər birlikdə edilə bilinər. Belə halda immun cavab zəif alınmayacaq və ya peyvəndin yan təsirləri daha çox müşahidə edilməyəcəkdir.

Vaxtında peyvəndləri olunmamış uşaqlar üçün cədvəl:

  12 – 71 ay arası uşaqlar 6 – 13 yaş arası uşaqlar 14 yaş və yuxarı uşaqlar
İlk peyvəndlənmə aDifteriya, Göyöskürək, Tetanus-İPV- Hib, Hep.B, Pk, BCG (mantu sınağından sonra) Tetanus-difterita (Td), İPV (OPV), Hep.B, Qızılca-Qulaqdibi-Məxmərək Tetanus-difterita (Td), OPV, Hep.B, Qızılca-Qulaqdibi-Məxmərək
İlk peyvəndlənmədən
1 ay sonra
Qızılca-Qulaqdibi- Məxmərək    
İlk peyvəndlənmədən
2 ay sonra
aDifteriya, Göyöskürək, Tetanus-İPV-Hib,Pk, Hep.B, OPV Tetanus-difterita (Td), Hep.B, İPV (OPV), Qızılca-Qulaqdibi-Məxmərək Tetanus-difterita (Td), OPV, Hep.B, Qızılca-Qulaqdibi-Məxmərək
İlk peyvəndlənmədən
8 ay sonra
aDifteriya, Göyöskürək, Tetanus-İPV, Hep.B, OPV, Tetanus-difteriya (Td), Hep.B, İPV (OPV) Tetanus-difteriya (Td), Hep.B
  • 12-23 ay arası uşaqlara iki dəfə konyuqə olunmuş pnevmokok peyvəndi (Pk) (2 ay ara ilə), 24-59 ay arası uşaqlara isə tək doz konyuqə olunmuş pnevmokok peyvəndi (Pk) vurulması məsləhət görülür;
  • Əgər uşaq risk qrupunda deyildirsə, 5 yaşdan yuxarı uşaqlarda Hib və pnevmokok kimi infeksiyalara qarşı artıq immun cavab yaranacağından bu peyvəndləri etməyə ehtiyac yoxdur;
  • Əgər peyvəndlər yarımçıq edilibsə, məs.: DTaG (Difteriya, Tetanus, Göyöskürək) son doz qalıbsa və uşağın 4 yaşı varsa, onda 4-6 yaş arası təkrar doza ehtiyac yoxdur.
  • 6 yaşdan yuxarı uşaqlarda zəiflədilmiş göyöskürək, zəiflədilmiş difteriya, tetanus peyvəndlənməsi də aparıla bilinər;
  • Xüsusən 4-6 yaş arası uşaqlarda QPM (qızılca, parotit, məxmərək) peyvəndini 2 ci dozunu vurmağa diqqət olunmalıdır;
  • BCG peyvəndi uşaqlarda PPD sınağından sonra nəticəyə uyğun olaraq aparıla bilinər;
  • 15-59 ay arası uşaqlarda tək doz Hib kifayətdir. 60 ay və yuxarı uşaqlarda Hib etməyə ehtiyac görülmür.

Uşaqlıq dövrü peyvənlənmələri məktəb dövründə peyvəndlənmə ilə davam ediləcəkdir.  Peyvəndlənmə edilmədən əvvəl serolojik test edilərək bu infeksion prosesin keçirib-keçirmədiyi yoxlanıla bilinər.

Peyvəndlərin uşaqları potensial həyati təhlükəsi olan xəstəliklərdən qoruduğunu və peyvəndin gecikdirilməsinin onları qarşısı alına bilən infeksiya riski ilə qarşı-qarşıya qoyduğunu vurğulamaq çox vacibdir. Erkən peyvənd təkcə fərdin sağlamlığını təmin etmir, həm də yoluxucu xəstəliklərin yayılmasının qarşısını alaraq cəmiyyətin toxunulmazlığına töhfə verir.

Nərmin Əzizova, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinin həkim-neonatoloqu

Pediatr Uzm.Dr.Əli Quliyev qəbulna yazılmaq niyə problem olur?

Tibb üzrə fəlsəfə doktoru, uzman-həkim Əli Quliyev, MedEra Hospitalının Pediatriya şöbəsinin müdiri