24 İyul 2020

Uşaqlarda səpgilər nəyin əlamətidir?

Uşaqlarda səpgilər nəyin əlamətidir?

Uşaqlarda ən çox narahatlıq yaradan hallardan biri də dəridə səpgilərin əmələ gəlməsidir. Adətən səpgilər ən çox üzdə, boğazda, sinədə, qollarda yaranr. Bu hallar valideynlər tərəfindən çox zaman allergiya, ən çox da qidalardan yaranan allergiya kimi qiymətləndirilir. Bəs əslində necədir? Səpgilər nədən yarana bilər?

e-tibb.az bu barədə pediatr, uzman həkim Ülvi Əliyevin fikirlərini təqdim edir:

“Uşaq nəsə yeyib, səpib”,”Nədənsə allergiya verib” kimi şikayətlər hamımıza məlumdur. İş orasındadır ki, çox vaxt bu səpgilərin “allergiya” dediyimiz terminlə heç bir əlaqəsi yoxdur.
Səpgi-dərinin elementlərindən biri olub formasına görə 16, morfologiyasına görə 20-dən çox, rənginə görə 5-6, gedişinə görə 3 növü var. Hələ bununla bağlı müayinə zamanı aşkara çıxacaq suallar çoxdur.
Uşaqlarda əksəriyyət hallarda virus xəstəlikləri səpgilərlə müşaiyət olunur. Bu, hər virus ola bilər: qızılca və məxmərək kimi başqalarına yoluxa bilən viruslardan tutmuş, EBV kimi sakit virusa qədər.
Nöqtəvi səpgilər adi travmadan, bədxassəli şişlərə qədər çox xəstəliyin xəbərçisi ola bilər.
“Göyərmələr” dediyimiz elementlər isə meningitlə, sepsislə, laxtalanma pozğunluğu kimi qan xəstəlikləri ilə əlaqədar ola bilər.
Əziz valideynlər, hər səpkiyə qarşı dərman verməyin, böyüklərə verdiyiniz “suprastin”, “tavegil” kimi vasitələri uşaqlara içirtməyin, müalicə müayinədən sonra, ehtiyac olduğu zaman başlansın.
Görmədən, toxunmadan, anamnez toplamadan göndərilən şəkillər əsasında diaqnoz qoymaq doğru deyil.

18 Oktyabr 2020
Havaların soyuması ilə bağlı uşaqlar arasında ən çox rast gəlinən narahatlıqlardan biri də boğaz ağrısıdır.…
18 Oktyabr 2020
Nəzakətli davranış, xeyirxahlıq sağlamlığa müsbət təsir edir. Bununla bağlı tədqiqat aparan alimlərə görə, xeyirxah olmaq, başqalarına…
15 Oktyabr 2020
Əgər kiçik yaşlı uşağınız ağlama dövründə ani yaranan və ya narahatlıq sonrasında nəfəs ala bilməməyə…