24 İyul 2020

Ağız sağlamlığının şərtləri

Bakı, 22 iyul, AZƏRTAC

Dişlər insan orqanizminin sərt toxuması hesab olunur və üç hissədən – mina, dentin və sement qatından ibarətdir. Onu əhatə edən periodont toxuması isə dişləri qan damarları və sinirlərlə təchiz edir.

Respublika Stomatoloji Mərkəzinin həkim-stomatoloqu Fidan Abdullayeva bu sözləri AZƏRTAC-a ağız sağlamlığı haqqında danışarkən deyib. Onun verdiyi məlumata görə, sağlam dişlərə sahib olmağın əsas şərtlərindən biri çox sərt, şəkərli, duzlu, bir sözlə, ağız boşluğunu qıcıqlandıran qidalardan bir qədər uzaq durmaqdır: “Həmin qidalar qəbul edildikdə dişlər firçalanmalı, yaxalanmalı, qarqara edilməli və hər altı aydan bir həkim muayinəsindən kecirilməlidir. Bunun vaxtında edilməməsi nəticəsində dişlərdə karies boşluqlar yaranır, gecikdirdikdə isə sistematik səkildə digər dişlərə də keçir, qidalanmada problemlər yaranır, ağrıların olması isə qidanın bütöv səkildə ağız boşluğundan çeynənmədən mədəyə düşməsinə, dişlərdə isə ərp və daşların əmələ gəlməsinə səbəb olur”.

Müsahibimiz qeyd edib ki, ağız sağlamlığına riayət edilməməsi ümumilikdə orqanizm uçun ciddi fəsadlar yarada bilər: “Ağız boşluğunun gigiyenasını qorumaq uçun diş fırçası, pasta və diş ipləri çox böyük rola malikdir. Fırçaların ən geci üç aydan bir, zərurət olduqda isə hər ay dəyişdirilməsi məsləhət görülür”.

05 Avqust 2020
Peyvəndlər nə üçün lazımdır? Peyvəndlər immun sistemimizi qıcıqlandırararaq yoluxucu xəstəliklərə qarşı qorunma rolunu oynayan bioloji…
04 Avqust 2020
Uşaqlarımızda 12 yaşından etibarən mücərrəd fikir formalaşmağa başlayır. Yəni 12 yaşından əvvəl uşaqlar bir çox…
24 İyul 2020
Uşaqlarda səpgilər nəyin əlamətidir? Uşaqlarda ən çox narahatlıq yaradan hallardan biri də dəridə səpgilərin əmələ…