Tibb müəssisələrində bayram tədbirləri keçirilir

Dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibəti ilə Səhiyyə Nazirliyinin idarə və tibb müəssisələrində bir sıra aksiyalar təşkil edilib.

Səhiyyə Nazirliyinə daxil olmuş müraciət əsasında Ə.Əfəndiyev adına 2 № li Şəhər Klinik xəstəxanasında sünnət aksiyası keçirilib.

Aksiya başa çatdıqdan sonra aztəminatlı ailələrin uşaqlarına müxtəlif hədiyyələr təqdim edilib.

Bayram münasibəti keçirilən digər tədbir Respublika Diaqnostika Mərkəzində baş tutub. Bakı Autizm İdman və Yaşam Klubuna daxil olan azyaşlılar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) pediatr-neonatoloqu tərəfindən müayinə olunub, valideynlərə tövsiyələr verilib.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı