Tibb işçilərinin əməyinin stimullaşdırılmasına yardım olunacaqdır
İcbari tibbi sığorta sistemi səhiyyə sisteminin şəffaflaşdırılmasına, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına, tibb işçilərinin əməyinin stimullaşdırılmasına yardım edəcək.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva bu gün “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” layihəsinin açılış mərasimində çıxış edərkən deyib.
Layihənin pilot olaraq həyata keçirildiyini xatırladan Z.Mustafayeva hesab edir ki, bu ilin sonunda layihənin nəticələri daha dərin olacaq: “O məlumatların əsasında təhlillər aparılaraq yeni maliyyələşdirmə modelinin tətbiq edilməsinə, bütün ölkə ərazisində səhiyyə sisteminin inkişafına zəmin yaradacaq”.
TREND