28 Noyabr 2017

Rezidenturanı bitirən həkim-mütəxəssislərin işlə təmin olunma qaydalarına qısa baxış

Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrindəki vakansiyalar nəzərə alınmaqla həkim-mütəxəssislərə ixtisaslarına uyğun olaraq təyinat verilir və bu vakansiyalar Komissiya tərəfindən Nazirliyin rəsmi internet saytının (http://sehiyye.gov.az) “Həkimlərin mərkəzləşdirilmiş işə qəbulu” bölümündə yerləşdirilən tibb müəssisələrində həkim vəzifələri üzrə mövcud vakansiyalardan seçilir.  Bu zamanı həkim-mütəxəssisə daha çox tələbatın olduğu bölgələrə Komissiya tərəfindən üstünlük verilir.

Komissiya həkim-mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi yaşayış yeri və onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsini nəzərə almaqla qəbul edir. Eyni zamanda təyinat aparılarkən rezidenturanı bitirən şəxslərin müvəffəqiyyət göstəriciləri (yekun attestasiyanın nəticələri)rezidenturada oxuyarkən şəxsin apardığı elmi-tədqiqat fəaliyyəti nəzərə alınır.

Həkim-mütəxəssislər iş yerinə göndərişdə göstərilən müddətdən gec olmayaraq iş yerinə gəlməli və burada işə qəbul olunduğu tarixdən 3 il müddətində tam işləməlidirlər.

Qeyd edək ki, 20 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2016/2017-ci tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı ilə bağlı elan verilmişdir (https://pediatriya.az/sehiyye-nazirliyi-elan/). 

01 İyun 2020
Yanıq zamanı düzgün şəkildə göstərilən ilkin yardım sonrakı sağalma prosesi üçün vacib şərtdir. e-tibb.az xəbər verir ki,…
01 İyun 2020
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl…
01 İyun 2020
Bakı. İlhamə İsabalayeva – Trend: Rezidenturaya qəbul imtahanının iyulun sonu, avqustun əvvəlində keçirilməsi nəzərdə tutulur.…