27 Noyabr 2017

“İcbari tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklər olunacaq

“2018-ci ildə Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunacağı rayonların siyahısı genişlənəcək”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın yalnız 2019-cu ildə bütün ölkədə tətbiqindən danışmaq olar: “Pilot layihələr uğurla icra olunur. Pilot layihənin davam etdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Maliyyə naziri qeyd etdi ki, əlavə olaraq bir neçə rayonda da icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulub. Hansı rayonlar bu siyahıya əlavə olunacaq onu deyə bilmərəm. Bu ilin əvvəlində məlum olacaq”.

Millət vəkili qeyd edib ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi üçün mexanizmlər hazırlanır: “Eyni zamanda qanunvericilikdə dəyişikliklərin edilməsi gözlənilir. Yaxın vaxtlarda “İcbari tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklər olunacaq ki, bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə tam hazır olaq”.

Qeyd edək ki, icbari tibbi sığorta pilot layihə olaraq Mingəçevir və Yevlaxda tətbiq olunur.

 

APA

21 Oktyabr 2019
“Energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Amma bu içkilərin dolayı ziyanı daha təhlükəlidir”. e-tibb.az-ın xəbərinə…
21 Oktyabr 2019
Uşaqlarda tər vəzlərinin sayı böyüklərə nisbətən daha çox olduğuna görə uşaqlar daha çox tərləyirlər. Körpələrin…
21 Oktyabr 2019
Bakıda Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq Konqresi keçirilir. e-tibb.az APA-ya istinadən xəbər verir ki, konqresin əsas…