“Telefonsuz bir gün” - Uşaqlar asudə vaxtlarını necə daha səmərəli keçirə bilərlər?

Baxış
31

Tbilisi, 29 iyul, AZƏRTAC

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində fəaliyyət göstərən “Həftəsonu məktəbi”ndə təhsil alan 5–13 yaşlı uşaqlar üçün “Telefonsuz bir gün” adlı maarifləndirici və əyləncəli tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi uşaqların asudə vaxtlarının rəqəmsal cihazlarsız daha səmərəli keçirmələrini təşviq etmək, onların sosial ünsiyyət, yaradıcılıq və komanda əməkdaşlığı bacarıqlarını inkişaf etdirmək olub.

Proqrama idman hərəkətləri və birgə səhər yeməyi ilə start verilib. Gün ərzində iştirakçılar müxtəlif yaradıcı oyunlar, intellektual tapşırıqlar və komanda fəaliyyətlərində iştirak edərək həm əylənib, həm də yeni bilik və bacarıqlar qazanıblar.

Tədbir çərçivəsində təşkil olunan interaktiv müzakirədə uşaqlarla “Məktəb bizə nə öyrədir?” və “Biz niyə məktəbə getməliyik?” mövzularında fikir mübadiləsi aparılıb.

Tədbir uşaqlara unudulmaz anlar yaşadıb, onlarda canlı ünsiyyətin, birgə fəaliyyətin və yaradıcılığın əhəmiyyətini bir daha nümayiş etdirib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin