Füzulidə 300-dən çox uşaq ödənişsiz tibbi müayinədən keçirilib

Baxış
38

25–26 iyul tarixlərində Füzuli rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib.

Aksiya çərçivəsində uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə pediatrik müayinələr aparılıb. Tibbi aksiyada Respublika Pediatriya Mərkəzinin pediatrı Könül Ağayeva da iştirak edərək uşaqları müayinə edib.

İki gün davam edən aksiya zamanı 300-dən çox uşaq pediatrik müayinədən keçirilib. Müayinələr zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, ehtiyac olduğu hallarda isə əlavə müayinələrin aparılması və müvafiq müalicənin təşkili ilə bağlı valideynlərə tövsiyələr verilib.

Aksiya əhalinin, xüsusilə uşaqların tibbi xidmətlərə çıxış imkanlarının artırılması və onların sağlamlıq vəziyyətinin vaxtında qiymətləndirilməsinə dəstək məqsədi daşıyıb.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin