Tanınmış professorun autizm və inkişaf ləngimələri mövzularında ictimai mühazirələri təşkil edilir

ABŞ-ın Bakıdakı səfirliyi və Bakı Dövlət Universiteti “Autizm -spektr pozuntuları” və “Uşaqlarda inkişafın ləngimələri” mövzularında ictimai mühazirələr təşkil edir.

AZƏRTAC xəbər verir ki, mühazirələr əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət üzrə tanınmış alim, Corctaun Universitetinin professoru Toby Long tərəfindən aparılacaq.

Martın 1-də dinləniləcək mühazirə autizmin spektr pozuntularına, martın 6-da isə uşaqlarda inkişafın ləngimələri mövzusuna həsr olunacaq. Bakı Dövlət Universitetində ingilis dilində pulsuz və ictimaiyyət üçün açıq olan mühazirələr saat 10-dan 13-dək dinləniləcək. Məruzələrin Azərbaycan dilinə tərcüməsi təşkil ediləcək.

 

AZƏRTAC