Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib

Bakı, 6 dekabr, AZƏRTAC

Səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 7-də saat 11:00-da Neftçala Mərkəzi Rayon Xəstəxanasında (MRX) vətəndaşları qəbul edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Şirvan, Salyan, Hacıqabul, Biləsuvar və Neftçala rayonları sakinlərinin müraciətləri, şikayət və fikirləri nazir tərəfindən dinlənilmiş, lazımi tədbirlər görülmüşdür.