Rezidenturaya qəbul imtahanının vaxtı açıqlandı

Bakı. İlhamə İsabalayeva – Trend:

Rezidenturaya qəbul imtahanının iyulun sonu, avqustun əvvəlində keçirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rezidenturaya qəbul imtahanı iki mərhələli keçiriləcək. İmtahanın mərhələləri arasında təxminən 10 gün fasilə veriləcək.

M.Abbaszadə qeyd edib ki, iyunun 8-dən 18-nə qədər magistratura səviyyəsi üzrə ixtisas seçiminə başlanacaq. İxtisaslaşmaya aid jurnalın bu həftəsonuna hazır olacağı gözlənilir.

M.Abbaszadə əlavə edib ki, magistratura üçün nəzərdə tutulan şifahi müsahibələr onlayn qaydada keçiriləcək.