29 Noyabr 2017

Bakıda aşkar olunan qrip virusları hansılardır?

“Son 3 ildə apardığımız elmi tədqiqatların nəticələrinə görə, Bakıda – həm böyük, həm də uşaq əhalisi arasında təhlükəli A qrip virusu aşkar edilməsə də, B qrip virusu aşkar olunub. B qrip virusu isə o qədər təhlükəli deyil”. Bunu APA-ya Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi – Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib.

O bildirib ki, 3 il müddətinə Bakıda müayinə olunan kontingentin 1,7%-də B qrip virusu, 3,3%-də adenovirus, 1,8%-də sinsitsial kəskin respirator virus infeksiyaları aşkarlanıb: “Bu rəqəmlər çox kiçik göstəricilərdir. Təxminən, müayinə olunan 100 nəfərdən 2-də B qrip virusu tapılıb. Bu göstəricilərə əsasən demək olar ki, Bakıda kəskin respirator virus infeksiyaları epidemik həddi ötməyib, yəni burada epidemiyadan söhbət gedə bilməz”.

Şöbə müdiri qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2016-cı ilin noyabr ayına olan məlumata görə, mövsümi qripdən hər il 3 – 5 milyon nəfər ağır formada xəstələnir.

 

APA

21 Oktyabr 2019
“Energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Amma bu içkilərin dolayı ziyanı daha təhlükəlidir”. e-tibb.az-ın xəbərinə…
21 Oktyabr 2019
Uşaqlarda tər vəzlərinin sayı böyüklərə nisbətən daha çox olduğuna görə uşaqlar daha çox tərləyirlər. Körpələrin…
21 Oktyabr 2019
Bakıda Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq Konqresi keçirilir. e-tibb.az APA-ya istinadən xəbər verir ki, konqresin əsas…