Respublika Müalicəvi Diaqnostika Mərkəzi daha bir ailəyə övlad sevinci bəxş edib

Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) daha bir ailənin sevincində pay sahibi olub.

Mərkəzin neonatoloq-pediatrı Arzu Həsənova AZƏRTAC-a bildirilib ki, 29-30 həftəlik hamiləlikdən qeysəriyyə kəsiyi ilə dünyaya gələn körpə azçəkili (850 qram) olmasına baxmayaraq, RMDM-in neonatoloji komandasının birgə əməyi sayəsində ailənin artıq həyəcanlı günləri geridə qalıb. Körpə süni tənəffüs aparatından ayrılıb, onun həyatda qalması təmin olunub, zəruri müayinələr aparılıb. Körpənin çəkisi normal səviyyəyə (1750 qrama) çatdırılıb və ana ilə birlikdə tam sağlam və gümrah şəkildə evə yola salınıb. Təkrar müayinə olunub, uşağın nevroloji statusu normaldır.

 

AZƏRTAC