Qan donorlarına müraciət olunub
Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankı qan donorlarına müraciət edib. e-tibb.az xəbər verir ki, müraciətdə vətəndaşlarıın diqqətinə çatdırılıb ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması, talassemiya, hemofiliya, leykoz eləcə də ağır COVID-19 xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatını artırıb:
“Qan həyatın ən əsas mənbəyidir. Canlı bir varlıqda qan axışını dayandırmaq onun həyatının sonu deməkdir. Sizə ehtiyacı olanlara yaşamaq üçün bir şans verin. Çağırışımıza dəstək olun. Könüllü qan donoru olaraq qan ehtiyacı olan xəstələrimizi ümidsiz buraxmayın”.
Qeyd olunub ki, Qan Bankları 24 saat açıqdır. Hər zaman olduğu kimi sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb.
Ünvan: Mirəli Qaşqay küçəsi 87
Telefon: 012-907
012 440 65 86
012 440 78 50
012 441 66 52