"Qadağalar problem yaratmasın deyə uşaqlara alternativ də vermək lazımdır"
Baxış
787
“Bizdə bəzən psixoloji problemlər və fəsadlar barədə düşünülmür”.
Qaynarinfo xəbər verir ki bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Rektor bildirib ki, hər bir qadağa bu yaşda uşaqlarda mənfi bir reaksiya yaradacaq:
“Kompüter oyunları da uşaqların psixikasına təsir göstərir və intihar hallarına səbəb ola bilir. “Mavi balina” oyunu artıq hamıya məlumdur. Amma bu yaşda uşaqlara tətbiq edilən hər bir qadağa onlarda müəyyən reaksiya yaradacaq. Qadağa qoyduğumuz hallara qarşı onlara hansısa alternativ də təqdim etməliyik. Bu gün 14 yaşlı yeniyetmə heç bir məhdudiyyət olmadan sosial şəbəkədən istifadə edir, bir il sonra isə ona deyiləcək ki, 16 yaşına qədər heç bir sosial şəbəkəyə daxil ola bilməz. Biz bunun müəyyən fəsadları ilə qarşılaşacağıq. 16-18 yaş aralığında keçid dövrünün müəyyənləşdirilməsi daha məqsədəuyğundur. Çünki qadağadan sonra tam azadlığın verilməsi də müəyyən fəsadlara gətirib çıxara bilər”.
Vüqar
Şərhlər (0)