Avropa Azərbaycan Məktəbinin müəllimi və oğlu faciəvi şəkildə vəfat edib

Baxış
52

Bakıda baş verən faciəli hadisə ictimaiyyətdə dərin kədər hissi doğurub.

Məlumata görə, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən mənzildə Avropa Azərbaycan Məktəbinin müəllimi Əbülfəz Abıyev və onun 13 yaşlı oğlu Kamran Abıyevin meyitləri aşkarlanıb. İlkin məlumata əsasən, ata və oğulun qazdan zəhərlənməsi nəticəsində həyatlarını itirdikləri bildirilir.

Hadisə dünən saat 17:00 radələrində qeydə alınıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Avropa Azərbaycan Məktəbi sosial şəbəkə hesablarında müəllim Əbülfəz Abıyevin və oğlu Kamranın vəfatı ilə əlaqədar başsağlığı paylaşımı edib. Məktəb rəhbərliyi və kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək səbir diləyib.

Qeyd edək ki, hadisənin dəqiq səbəbləri hüquq-mühafizə orqanlarının araşdırmasının nəticələrindən sonra məlum olacaq.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin