14 Fevral 2020

Pekindən gələn azərbaycanlı tələbə Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 12-si saat 17:30-da 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 1 nəfər yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır, Pekində təhsil alır. Pekindən Əbu Dabi şəhərinə, fevralın 12-də isə Əbu Dabidən Bakıya gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportuna daxil olduqda hərarəti normadan bir qədər yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir neçəsi karantin müddəti bitdiyinə görə evlərinə buraxılıblar. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evə buraxılacaqları gözlənilir.

30 Mart 2020
Koronavirus xəstələrində iy və dadbilmə hissinin itməsi barədə çoxsaylı məlumatlar var. İy və dad bilmə hissinin…
30 Mart 2020
Koronavirusun əsasən yaşlı insanlarda ağciyər problemi yaratdığı bildirilir. Ən çox onlarda pnevmoniya ilə bağlı ağırlaşmaların…
30 Mart 2020
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yoluxması ilə bağlı ən çox yayılmış fikirlərdən birini rədd edib.…