Pediatrik immunologiya və infeksion xəstəliklər mövzusunda elmi konfrans keçiriləcək

Bakı, 25 fevral, AZƏRTAC

Martın 1 və 2-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Ümumdünya İmmunitet Gününə həsr olunmuş “Pediatrik immunologiya və infeksion xəstəliklər” mövzusunda onlayn beynəlxalq elmi konfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konfrans pediatr, neonatoloq, immunoloq, anestezioloq-reanimatoloq, infeksionist, uşaq-cərrahı və revmatoloqlar üçün nəzərdə tutulub.

Konfransda “Uşaqlarda immun sistemin formalaşması”, “Uşaqların immun sistemində yaranan problemlər”, “Vaksinasiya”, “Limfoadenopatiyalı uşaqlara yanaşma”, “İnfeksiyaya nəzarət tədbirləri” və “İnfeksiyalara müasir yanaşma” mövzularına həsr olunmuş 6 paneldə Türkiyə və Azərbaycanın professor-həkim heyəti tərəfindən 17 məruzə dinləniləcək.

Məruzələrlə yanaşı konfransda interaktiv panel müzakirələri və sual-cavab sessiyaları da aparılacaq.