20 Noyabr 2017

Ölkə səhiyyəsinin növbəti uğuru

Azərbaycanda unikal cərrahiyyə əməliyyatı icra edilmişdir

Ölkə səhiyyəsi durmadan inkişaf edir, tibb elmində yeni uğurlara imza atır. Cərrahiyə sahəsində əldə olunana nailiyyətlər xüsusi ilə qeyd olunmalıdır. Belə nailiyyətlərdən biri bu günlərdə Mərkəzi Neftçilər Xəstənanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin mütəxəssisləri tərəfində əldə edilib.

Əməliyyata dair məlumat verən şöbənin müdiri, tibb üzrə fəlsəfə doktoru M.Kazımı bildirib ki, əməliyyat uzun illər qara ciyər sirrozundan əziyyət çəkən 17 yaşlı pasiyent üzərində icra edilib. Xəstə R. Bəşirova qara ciyər köçürülüb.

Əməliyyatın unikallığı ondan ibarətdir ki, yeganə donoru olan atasının qara ciyərinin sağ payında ciddi anatomik anomaliya müşahidə edilib. Bu səbəbdən ciyərin sağ payını istifadə etmək mümkün olmayıb. Pasiyentin vəziyyəti getdikcə pisləşib, koma halına qədər ağırlaşıb. Belə olan halda operativ vəziyyətdə yeganə donor olan atanın qara ciyərinin sol payını köçürmək qərarı verilib. Bu texniki olaraq çətin və ağır bir əməliyyatdır. Belə ki, sol payda iki arterial damar keçir və həcim olaraq bunun ölçüləri uyğun olmalıdır.

Bütün bu risklər öncədən analiz edilib, xəstənin həyatı göstərişləri öyrənilib və əməliyyata alınıb. 8 saat davam edən əməliyyat texniki çətinliklə də olsa müvəffəqiyyətlə nəticələnib. Hazırda xəstə və donorunun müalicəsi başa çatıb. Hər ikisi evə yazılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

01 İyun 2020
Yanıq zamanı düzgün şəkildə göstərilən ilkin yardım sonrakı sağalma prosesi üçün vacib şərtdir. e-tibb.az xəbər verir ki,…
01 İyun 2020
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl…
01 İyun 2020
Bakı. İlhamə İsabalayeva – Trend: Rezidenturaya qəbul imtahanının iyulun sonu, avqustun əvvəlində keçirilməsi nəzərdə tutulur.…