20 Noyabr 2017

ABŞ vətəndaşları Azərbaycanın səhiyyəsindən yararlanırlar

Səhiyyə nazirinin müavini: “Azərbaycanda yaşayan ABŞ vətəndaşları ölkənin səhiyyə xidmətlərindən yararlanırlar”

“ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamaları və dərmanlarını özləri ilə gətirmələri ilə bağlı tövsiyələrini mətbuatdan oxudum. Bu, onların öz şəxsi seçimidir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O qeyd edib ki, hər halda Azərbaycanda yaşayan Amerika və digər ölkələrin vətəndaşları məhz ölkənin səhiyyə xidmətlərindən yararlanırlar: “Hazırda Azərbaycanda dünyada icra olunan mürəkkəb əməliyyatlar həyata keçirilir. Həmçinin ölkədə özəl səhiyyə də inkişaf edir. Belə tibb müəssisələrinin də sayı artır”.

Nazir müavini qeyd edib ki, bu gün Azərbaycanda özəl fəaliyyətlə məşğul olan 870 səhiyyə ocağı, təxminən 2300-dən çox əczaçılıq müəsisəsi fəaliyyət göstərir: “İstər dövlət, istərsə də özəl müəssisəsi olsun, biz onlar arasında fərq qoymuruq”.

REPORT

01 İyun 2020
Yanıq zamanı düzgün şəkildə göstərilən ilkin yardım sonrakı sağalma prosesi üçün vacib şərtdir. e-tibb.az xəbər verir ki,…
01 İyun 2020
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl…
01 İyun 2020
Bakı. İlhamə İsabalayeva – Trend: Rezidenturaya qəbul imtahanının iyulun sonu, avqustun əvvəlində keçirilməsi nəzərdə tutulur.…