Mövsümi xəstəliklərdən qorunmaq üçün sadə üsul

Sağlam həyat tərzi keçirmək, az xəstələnmək istəyirsinizsə, mütləq şəkildə yeməklərin suyuna sarımsaq qatın

BAKI, 16 yanvar — Sputnik. Qış fəslində xəstəliklər çoxluq təşkil edir. Bunu nəzərə alaraq mütəxəssislər qış fəslində sağlam qidalanmağı məsləhət görürlər və bildirirlər ki, bu zaman xəstəliklərdən qorunmaz daha san olur.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, burun axması, asqırmaq, öskürmək, halsızlıq, baş ağrıları xəstəlik əlamətidir və qış fəslində tez-tez rast gəlinən hallardır. Son zamanlar xüsusilə xəstəliklərin sayı artıb. Bu cür xəstəliklərdən uzaq olmaq üçün sarımsağın böyük köməyi var.

Uşaqlar və böyüklərin heç bir xəstəliklərə tutulmaması üçün sağlam qidalanmaq lazımdır. Hər bir insanın bağırsağında orqanizm üçün xeyirli olan 100 trilyon bakteriya və göbələk var. Bağırsaqda nə qədər çox bakteriya olarsa, deməil bir o qədər güclü bağırsağa sahibik.

Buna görə də həmin xeyirli bakteriyaları bədəndə saxlamaq üçün paxlalı bitkilərdən çox istifadə etmək lazımdır. Həmçinin, bədəninizin sağlam qalması üçün qırmızı ət, balıq və quş ətlərindən istifadə edin. Yağlı, şirin, xəmir xörəklərindən mümkün qədər az istifadə edin.

Bədən gündə 2.5-3 litr su tələb edir. Mütləq bu miqdarda su içilməlidir. Sağlam həyat tərzi keçirmək, az xəstələnmək istəyirsinizsə, mütləq şəkildə yeməklərin suyuna sarımsaq qatın.

Sputnik