Özbəkistanlı həkimlərin ETPİ-də iki həftəlik təcrübə mübadiləsi başa çatıb

Baxış
19

K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Özbəkistanın Səmərqənd Dövlət Tibb Universitetinin nümayəndə heyətinin iştirakı ilə keçirilən iki həftəlik təcrübə mübadiləsi başa çatıb.

Əməkdaşlıq müqaviləsi çərçivəsində təşkil olunan proqram zamanı özbəkistanlı anestezioloq-reanimatoloqlar institutun klinik şöbələrinin fəaliyyəti, müasir müalicə-diaqnostika imkanları və mürəkkəb klinik halların idarə olunması ilə tanış olub, yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparıblar.

Təcrübə mübadiləsi qarşılıqlı bilik paylaşımı və gələcək əməkdaşlığın inkişafı baxımından səmərəli olub.

 

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin