Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır?

Baxış
10

Sosial şəbəkələrin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsi uşaqların və yeniyetmələrin internetdə üzləşdiyi təhlükələri də artırıb. Kiberzorakılıq, təhdid, şantaj, şəxsi məlumatların yayılması və onlayn manipulyasiya artıq virtual mühitin problemi deyil, real həyatda da ciddi fəsadlara səbəb olur. Bəs Azərbaycanda uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması üçün hansı mexanizmlərə ehtiyac var?

Median.Az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov bildirib:

“Bu gün uşaqlar və yeniyetmələr vaxtlarının xeyli hissəsini sosial şəbəkələrdə, oyunlarda və mesajlaşma proqramlarında keçirirlər. İnternet öyrənmək və ünsiyyət qurmaq üçün yaxşı imkandır, amma kiberzorakılıq, təhdid, şantaj, şəxsi məlumatların (məsələn, ünvanın, nömrənin və ya şəkillərin) icazəsiz yayılması və onlayn aldadılma halları artıq təkcə ekranda qalmır, uşaqların real həyatına, əhval-ruhiyyəsinə və təhlükəsizliyinə ciddi zərər vurur”.

Mütəxəssis qeyd edib ki, bu problemlərin qarşısını almaq üçün tək bir qurumun və ya tək bir üsulun işləməsi bəs etmir. Dövlət, məktəb, ailə və rəqəmsal platformalar birgə addımlar atmalıdır.

Fərid Əmirovun sözlərinə görə, uşaqların şəkilləri, videoları, ünvanı və digər şəxsi məlumatları icazəsiz paylaşıldıqda və ya yayıldıqda məsuliyyət dəqiq müəyyən edilməli və tez tədbir görülməlidir.
Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır?Şantaj, təhdid və ya onlayn təqiblə üzləşən uşaq və ailəsi hara müraciət edəcəyini, sübutları (yazışmaları, ekran görüntülərini) necə saxlayacağını və hüquqi dəstəyi haradan alacağını aydın bilməlidir.Məktəblərdə, ictimai internet nöqtələrində və lazım gəldikdə ümumi şəbəkədə uşaqlar üçün zərərli və təhlükəli saytların qarşısını alan filtrlər tətbiq olunmalıdır.
Şagirdlərə güclü parol seçmək, şəxsi məlumatları hər kəslə bölüşməmək, onlayn hiylələri və zorakılığı tanımaq sadə və praktik şəkildə öyrədilməlidir.

O, vurğulayıb ki, əgər şagird onlayn şantaja və ya təzyiqə düşübsə, onu danlamaq əvəzinə qorxmadan məktəb psixoloquna və ya müəlliminə müraciət edə bilməsi üçün aydın və etibarlı dəstək göstərilməlidir.
Valideynlərə telefon və sosial şəbəkə ayarlarını necə düzgün qurmaq lazım olduğu sadə dildə izah edilməlidir.
Texniki nəzarət vacib olsa da, ən önəmlisi uşağın valideynlə açıq danışa bilməsidir, uşaq bilməlidir ki, başına pis və ya qorxulu bir iş gələndə ilk olaraq ailəsinə güvənə bilər.

Median.Az

Mənbə: https://median.az/220468-valideynler-usaqlari-internet-tehlukelerinden-nece-qorumalidir.html

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin