Körpəniz əmməkdən imtina edirsə: səbəblər və çıxış yolları. Həkim Nərmin Əzizova

Səbəblər | Nə etməli? |
Körpə xəstə ola bilər | Körpə iştahsızdırsa və bu, qızdırma, halsızlıq və ya narahatlıqla müşayiət olunursa, həkim müayinəsi vacibdir. Məsələn, qulaq infeksiyası olan körpə əmməkdən imtina edə bilər. |
Burun tutulması | Əmmədən əvvəl burun dəliklərinə fizioloji məhlul (serum fiziolojik) damızdırmaq tənəffüsü rahatlaşdıraraq əmməyə kömək edə bilər. |
Ağızda pamukcuk və ya yara | Ağızda göbələk və ya yara olduqda körpə ağrı səbəbilə əmməyə bilər. Həkimin tövsiyə etdiyi müalicə tətbiq olunmalı, ağız boşluğu gigiyenası təmin edilməlidir. |
Körpə zəif və ya vaxtından əvvəl doğulub | Körpə öz gücü ilə əmə bilmirsə, ana südü sağılaraq steril qaba və ya süd saxlama qabına toplanmalı, qaşıq və ya stəkanla verilməlidir. |
Doğuşdan sonra körpə anadan ayrı qalıb və əmizdirmə gecikib | Dəri-dəriyə təmas, səbrli və müntəzəm əmizdirmə ilə bu problem aradan qaldırıla bilər. |
Stress | Ana stresli olduqda bu, körpəyə də ötürülür. Əmizdirmə zamanı sakit, rahat və səssiz mühit yaradılmalı, ana əvvəlcə emosional olaraq sakitləşməlidir. Ətrafdakı insanlar anaya dəstək olmalıdır. |
Ananın işi və ya xəstəliyi səbəbilə körpənin uzun müddət ayrı qalması | Ana südü sağılaraq steril şəkildə saxlanmalı və qaşıqla verilməlidir. Tez-tez sağma və əmizdirməyə təşviq südün artmasına kömək edir. |
Əmizdirmə zamanı düzgün pozisiyanın seçilməməsi və ya süd vəzisində tutulma | Süd əvvəlcə bir qədər sağılaraq körpəyə qaşıqla verilə bilər, sonra isə əmizdirilməyə çalışılmalıdır. Ana ilə körpə arasında dəri təması mühüm rol oynayır. |
Butulka ilə qidalanma və döşə alışmamazlıq | Butulka istifadəsi dayandırılmalı, süd sağılaraq qaşıqla verilməlidir. Daha sonra döşə alışdırmağa çalışılmalıdır. |
Ana südündən əlavə qidaların verilməsi | Ana südündən başqa maye və ya süni qida vermək körpənin döşdən imtinasına səbəb ola bilər. Yalnız ana südü ilə qidalanma təmin olunmalıdır. |
Ananın bəzi qidalarla qidalanması | Güclü qoxulu və ədviyyatlı qidalar (soğan, sarımsaq və s.) südün dadını dəyişə bilər. Ana pəhrizinə diqqət etməli, südün təkrar balanslanması üçün sağaraq yeni südün gəlməsi gözlənilməlidir. |
Süd axımının ani və ya çox zəif olması | Süd çox sürətlə axırsa və ya çox yavaş gəlirsə, körpə narahat olub imtina edə bilər. Əmizdirmədən əvvəl bir qədər süd sağılmalı, tez-tez və tələbat əsasında əmizdirmə təmin edilməlidir. |
Hamiləlik hormonları | Əgər ana hamilədirsə, südün dadı dəyişə bilər və körpə əmməyə maraq göstərməyə bilər. Bu halda pediatr və ginekoloqla məsləhətləşmək tövsiyə olunur. |
Nərmin Əzizova,
Pediatriya.az saytının təsisçisi