Koronavirusdan sağalanların sayı açıqlandı - Vəziyyət dəyişir

Çində koronavirusa yoluxanların və ölənlərin sayı açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, virusa yoluxanların sayı isə 80 270 nəfərə çatıb. 2 981 insan ölüb. Ümumilikdə 49 856 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.