19 Yanvar 2021

Koronavirusa yoluxan şəxslər peyvənd ediləcəkmi? – TƏBİB-dən açıqlama (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva – Trend:

TƏBİB COVİD-19 virusuna yoluxaraq sağalmış şəxslərin peyvənd olunub-olunmayacağına aydınlıq gətirib.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir:

“Son 6 ay ərzində xəstəliyi keçirmiş şəxslər “E-TƏBİB” sistemində bloklanmış halda olacaq. Lakin 6 aydan sonra (tibbi cəhətdən qandakı anticismlərin zəifləməsi nəzərə alınaraq) vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qruplarına aiddirsə, peyvənd oluna bilər”.

22 Fevral 2021
Son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalan xəstələrdə sonradan müəyyən fəsadlar yaranması halları müşahidə…
21 Fevral 2021
Məktəblər uşaqlar arasında xəstələnmə halları çoxalıb. Şagirdlər əsasən ürəkbulanma, qarın ağrısı və ishal (diareya) kimi…
01 Fevral 2021
Bakı. Elçin Mehdiyev – Trend: Bu gündən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılır. Trend-in məlumatına…