Klinik Uroloji Xəstəxanaya baş həkim təyin olunub
![](https://pediatriya.az/wp-content/uploads/2022/03/345c141b-77cf-31f9-a833-c63ab5c1f189_850.jpg)
Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına direktorun müavini – baş həkim təyin olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Kərimov Nicat Məhərrəm oğlu bu vəzifəyə təyinat alıb.
Xatırladaq ki, əvvəlki baş həkim Pərviz Hacıyev öz istəyi ilə vəzifəsindən ayrılmışdı.