23 Noyabr 2020

Həyat üçbucağı nədir?

Qardaş Türkiyədə baş vermis zəlzələ hadisəsindən sonra zəlzələdən qorunma metodları barədə qısa yazımızı təqdim edirik. Biz bunu təkcə özümüz deyil, uşaqlarımıza da öyrətməliyik.
Zəlzələdən maksimum qorunmaq üçün “Həyat üçbucağı” nədir?
“Həyat üçbucağı” metodundan istifadə etdikdə yaranan boşluqlar hesabına zəlzələdən sonra həyatda qalmaq şansınız artır. İlkin qayda odur ki, çalışın panika etməyin. Xüsusilə də çoxmərtəbəli bina evlərində yaşayanlar daha çox riskdə olduğunu düşünürlər. Zəlzələnin ilkin təkanı olan kimi sabit durmayın, şkaf, rəf, pəncərə və sair kimi yerlərdən uzaq durun.
Əgər ətrafınızda möhkəm olan stullarla dəstəklənmiş stol, həcimli kreslo

və ya divan, içi dolu olan sandıq kimi sizi qoruya biləcək əşyanın yanına çöməlin və beləliklə “həyat üçbucağı”nızı qurun. Diziniz üstə çökün, başınızı əllərinizlə tutun və ya başınızı hər hansı qoruyucu əşya (misal üçün – yastıq) ilə qoruyun.

Zəlzələ tam bitənə kimi övladlarınızla birlikdə bu vəziyyətdə qalın. Daha aydın başa düşmək üçün təqdim olunan şəkillərə diqqətlə baxmağınızı tövsiyə edirik.

Mütəxəssis Pediatr Dr. Nərmin Əzizova
11 Yanvar 2021
Uşaqlarda limfa vəzilərin böyüməsi valideynləri çox narahat edən mövzulardan biridir. Limfa vəziləri nədir? Limfa vəziləri…
03 Yanvar 2021
Diş qıcırtması nədir? Diş qıcırtmasının elmi adı “Bruksizm” dir.  Uşaqlarda diş qıcırtma əsasən yuxu dövründə…
28 Dekabr 2020
Probiyotiklər- sağlamlıq üçün faydalı olan “dost bakteriyalar” olub, mədə- bağırsaq florasının təbii balansının qorunmasında  rol…