Bayram günlərində 647 nəfər xəstəxanalıq olub

Beş nəfər fişəng və pirotexniki vasitələrdən ziyan çəkib

BAKI, 3 yanvar — Sputnik. Səhiyyə Nazirliyi bayram günlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayını açıqlayıb. Sputnik Azərbaycan-a nazirlikdən daxil olan məlumata görə, dekabrın 31-də 2356 nəfərin müraciəti daxil olub.

Yanvarın 1-də isə 2398 nəfər müraciət edib. 5 nəfər fişəng və pirotexniki vasitələrdən ziyan çəkib, onlardan 2-si yanıq, 3-ü əlin travması, digər 3-ü isə qida zəhərlənməsi diaqnozu ilə qəbul olunub.

Bayram günlərində ümumi müraciət edənlərin sayı 647 nəfər təşkil edib.