Bakıda məşhur klinikada pasiyentin "başına oyun açıldığı" iddia edilir

Baxış
32

Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Gülnarə Məmmədovanın sözlərinə görə, qızı Ayan Məmmədzadə artıq 7 aydır yanlış müalicənin fəsadlarını yaşayır. Onun sözlərinə görə, bu müddət ərzində qızı “Dentera Dental Clinic”də üç dəfə həkim dəyişib və aparılan yanlış müalicə ciddi problemlərə səbəb olub.

Şikayətçinin sözlərinə görə, ilkin mərhələdə müalicə Qüdrət adlı stomatoloqa həvalə edilib. Lakin qısa müddət sonra həmin həkimin klinikadan ayrıldığı bildirilib.

Mənbə: https://oxu.az/cemiyyet/kreditle-dislerini-mualice-etdirmek-istedi-pulundan-ve-saglamligindan-oldu-video

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin