Avstraliyada bir anlıq diqqətsizlik körpəni ölümlə üz-üzə qoydu

Baxış
41

Avstraliyada 1 yaşlı körpə tort bəzəyi üçün nəzərdə tutulan parıltılı maddəni təsadüfən udduğu üçün komaya düşüb.

Oxu.Az “News” nəşrinə istinadən xəbər verir ki, bədbəxt hadisə peşəkar şirniyyatçı olan ananın rəfiqəsinin övladına ad günü tortu hazırladığı anlarda baş verib.

Ananın sözlərinə görə, uşaq siyirməni açıb, bankanın qapağını götürərək içindəki maddəni dərhal udub.

Bildirilir ki, körpənin udduğu bu maddə yalnız dekorativ elementlər üçün nəzərdə tutulub. Sözügedən maddə su (və ya tüpürcək) ilə təmasda olduqda ağciyərləri dərhal tutan yapışqan pastaya çevrilir. Azyaşlı təcili əməliyyat olunsa da, hələ də müstəqil şəkildə nəfəs ala bilmir.

Mənbə: https://oxu.az/dunya/avstraliyada-bir-anliq-diqqetsizlik-facie-yaratdi-korpe-nefes-ala-bilmir

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin