ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib

Baxış
71

Azərbaycan Tibb Universitetinin (ATU) I Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İlahə Hüseynova Yunanıstanın Afina şəhərində keçirilən Pediatrik Cəmiyyətlərin Avropa Akademiyasının (EAPS – European Academy of Paediatric Societies) 12-ci Konqresində iştirak edib.

Konqres çərçivəsində İlahə Hüseynova “Nekrotik enterokolitin erkən diaqnostikası metodu kimi yaxın infraqırmızı spektroskopiya” (Near-Infrared Spectroscopy as an Early Diagnostic Method for Necrotizing Enterocolitis) mövzusunda elmi təqdimatla çıxış edib.

Təqdimatın həmmüəlliflərindən biri ATU-nun I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərovdur.

Təqdimat yenidoğulmuşlarda ciddi bağırsaq xəstəliklərindən biri olan nekrotik enterokolitin erkən mərhələdə müəyyənləşdirilməsi ilə bağlı müasir yanaşmaya həsr olunub. Mövzuda erkən diaqnostika imkanlarının genişləndirilməsi və müasir texnologiyalardan istifadə məsələləri ön plana çıxır. Bu istiqamət pediatriyada yenidoğulmuşların sağlamlığının qorunması və xəstəliklərin vaxtında aşkarlanması baxımından mühüm elmi-praktik əhəmiyyət daşıyır.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin