Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub
Respublika Pediatriya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yasamal Uşaq Klinik Xəstəxanası və Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasında uşaq evlərində meskən salan uşaqlar üçün növbəti mütəmadi tibbi müayinələr keçirilib.
Müayinələr çərçivəsində azyaşlılar müxtəlif ixtisaslı həkim heyəti tərəfindən hərtərəfli baxışdan keçirilib, onların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib və tələb olunan laborator-diaqnostik müayinələr aparılıb. Yoxlamaların nəticələrinə əsasən, uşaqların sonrakı tibbi müşahidəsi və profilaktik tədbirlərlə bağlı müvafiq tövsiyələr verilib.
Təşəbbüsün əsas məqsədi valideyn hamisindən məhrum olan uşaqların sağlamlığını mütəmadi nəzarətdə saxlamaq, olası xəstəlikləri və ya sağlamlıq ehtiyaclarını erkən mərhələdə müəyyənləşdirərək vaxtında zəruri tibbi yardımı təmin etməkdir.
Uşaqlarımızın sağlam gələcəyi naminə analoji profilaktik tədbirlərin ardıcıl olaraq davam etdirilməsi nəzərdə tutulur.
