A vitamini: Həkim-mütəxəssis Nərmin Əzizova

A vitamini

 Yenidoğulanlar vitamin A səviyyəsi qanda aşağı doğulur. Ana südü ilə qidalanan körpədə ilk bir neçə ay səviyyədə konsentrasiyası artır.

A vitamini çatışmazlığı ilə risk faktorları aşağıdakılardır:

  • PEM (zülal enerji malnutrasiyası)
  • Qızılca
  • Ciddi ishal
  • Pnevmoniya

Everything you need to know about Vitamin A – Nature's Way 

A vitamini dəstəyi kimlərə təyin olunmalıdır?

 Malabsorbisya Çölyak xəstəliyi, Kistik fibroz, xolestatik qaraciyər xəstəliyi keçirənlərə;

  • Malnutrisya;
  • 6 aydan aşağı qastroenterit şikayəti ilə xəstəxanada müalicə olunanlara;
  • Qızılca səbəbi ilə xəstəxanaya müalicə olunanlara;
  • Pankreas xəstələrinə;
  • Düzgün qidalanmayan şəxslərə (vegetraianlıq, yumurta və süd məhsulları alma məhdudluğu);
  • Kron xəstəliyi diaqnozu olan xəstələrə.

Why Excessive 'Vitamin A' Can Cause Hair Loss | Wimpole Clinic

Kimə A vitamini dəstəyi verilməlidir?

 İlk 6 ay uşaqlara profilaktik olaraq A vitamini verilməsinə ehtiyac yoxdur;

  • 6-59 ay ərzində A vitamin çatışmazlığına bağlı olaraq klinik əlamətlər varsa verilə bilər;
  • <2 yaş ağır qızılca, 2 doz 200,000 IU A vitamini verilə bilər. Bu da yoluxucu xəstəlikdən ölüm riskini azaldır.

Xüsusi qeyd: Sağlam uşaqlarda 300.000 IU (tək doz) intoksikasiyaya səbəb ola bilər. Vitamin A verdikdə diqqətli olunmalıdır. A vitaminini hər gün və ya həkim icazəsi məsləhəti olmadan qəbul etməyə ehtiyac yoxdur.

 

Uşağın məktəbə hazırlığı: valideynlər üçün bir sıra tövsiyələr. Həkim Nərmin  Əzizova

Nərmin Əzizova

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı, 

Azərbaycan Tibb Universitetinin əməkdaşı