Uşaqların dünyasından incəsənətə gedən yol: Kukla Teatrından FOTOREPORTAJ

Baxış
81

Azərbaycan Dövlət Kukla Teatrı ölkənin ən qədim və zəngin ənənələrə malik sənət ocaqlarından biridir.

Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, 1931-ci ildən fəaliyyət göstərən teatr Azərbaycan milli kukla sənətinin formalaşması və inkişafında mühüm rol oynayıb.

Uşaqların dünyasından incəsənətə gedən yol: Kukla Teatrından FOTOREPORTAJ

Teatr uzun illər ərzində yetişən nəsillərin mənəvi-estetik tərbiyəsinə, onların milli-mənəvi dəyərlərə bağlı böyüməsinə böyük töhfələr verib.

Xalq Maarif komissarlığının əmri ilə 16 may 1931-ci ildə Bakıda Türk Kukla Teatrı kimi fəaliyyətə başlayan sənət ocağı “Sirk” adlanan ilk tamaşasını 1932-ci ilin aprelində səhnələşdirib. Məsxərə elementli həmin oyun-tamaşa çox qısa olsa da, məzəli, əyləncəli və uşaqlar üçün maraqlı idi.

Uşaqların dünyasından incəsənətə gedən yol: Kukla Teatrından FOTOREPORTAJ

Yarandığı ilk illərdə müxtəlif qurumların nəzdində fəaliyyət göstərən kollektiv Nazirlər Sovetinin 1964-cü il 15 aprel tarixli qərarına əsasən dövlət statusunu bərpa edib.

1965-ci ildən Dənizkənarı Milli Parkda yerləşən teatrın repertuarında həm Azərbaycan, həm də dünya ədəbiyyatının nümunələri geniş yer alıb.

Uşaqların dünyasından incəsənətə gedən yol: Kukla Teatrından FOTOREPORTAJ

Azərbaycan Dövlət Kukla Teatrı ənənələrə sadiq qalmaqla yanaşı, yeniliklərə açıq yaradıcılıq xətti ilə ölkənin mədəni həyatında özünəməxsus yer tutur və tamaşaçılara nağıl dolu unudulmaz anlar yaşadır.

Ətraflı: https://oxu.az/medeniyyet/usaqlarin-dunyasindan-incesenete-geden-yol-kukla-teatrindan-fotoreportaj

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin