09 İyul 2020

Uşaqları maskaya necə öyrətmək olar? – Pediatrdan TÖVSİYƏLƏR

Uşaqları maskaya necə öyrətmək olar? – Pediatrdan TÖVSİYƏLƏR

Pandemiya dövründə virusdan qorunmaq üçün yoluxma ehtimalı olan yerlərdə uşaqların maska taxması vacib sayılır. Adətən pandemiyanın ilk dövlərindən mütəxəssislər 2 yaşdan yuxarı uşaqlara maska taxılmasını tövsiyə edirlər.

e-tibb.az xəbər verir ki, Türkiyədən olan həkim, uşaq sağlamlığı və xəstəlikləri uzmanı Ebru Gözer deyib ki, uşaqlarla yaxın təmas olduğu hallarda maska taxılmalıdır. Təkcə qapalı yerlərdə deyil, hətta açıq havada, parklarda yaxın təmas ehtimalı olduğu zaman maskadan mütləq istifadə edilməlidir. Onun sözlərinə görə, belə yerlərdə uşaqların yalnız öz oyuncaqları ilə oynamalarına şərait yaradılmalıdır. Parklarda olan ortaq oyuncaqlardan, avadanlıqlardan istifdaə olunarsa, bu zaman əl gigiyenasına diqqət olunmalı, əllərin üzə, ağıza toxunmasının qarşısını alan, baryer rolunu oynayan maskadan istifadə olunmalıdır. Ümumiyyətlə, uşaqları qapalı yerlərdən uzaq saxlamaq lazımdır.

Uşaqlarla çox sadə, onların anlayacağı dildə danışmaq, qorxutmadan anlatmaq lazımdır. Həkim deyib ki, indiki halda uşaqları parklar, gəzinti sahələrinə çıxardıqda yeyəcəkləri məhsulları evdən götürmək, yoluxmanının qarşısını almaq üçün bayırdan nəsə almamaq lazımdır.

Uşaqlara taxılan maska ağız və burunu tam örtməli, üzünə uyğun seçilməlidir. Uşaqlara maskadan düzgün istifadə, maskanı çıxarmaq qaydası öyrədilməlidir.

O bildirib ki, uşaqları maska taxmağa həvəsləndirmək üçün onların sevdiyi cizgi filmlərinin qəhrəmanlarının rəsmləri olan masakalar hazırlamaq olar. Analar buna yaradıcı yanaşaraq evdə özləri uşaqlar üçün parçadan maska hazırlaya bilərlər.

Peditar onu da deyib ki, bu dövrdə uşaqların nizamlı şəkildə sağlam qidalanmasına, yuxu rejimlərinə diqqət olunmalıdır.D və C vitaminləri, sinklə zəngin qidalara üstünlük verilməli,  immuniteti gücləndirməyə çalışmaq lazımdır.

Həkim deyib ki, indiki dövrdə valideynlər evdə uşaqlara baxan dayələrin sağlamlıq durumuna qarşı çox diqqətli olmalıdırlar. Ümumiyyətlə, kənar şəxs evə daxil olan kimi  geyimlərini dəyişməli, əllərini, üzünü yaxşıca yumalıdır. Yalnız bu qaydalara əməl edəndən sonra uşaqlarla təmasa icazə verilməlidir.

05 Avqust 2020
Peyvəndlər nə üçün lazımdır? Peyvəndlər immun sistemimizi qıcıqlandırararaq yoluxucu xəstəliklərə qarşı qorunma rolunu oynayan bioloji…
04 Avqust 2020
Uşaqlarımızda 12 yaşından etibarən mücərrəd fikir formalaşmağa başlayır. Yəni 12 yaşından əvvəl uşaqlar bir çox…
24 İyul 2020
Uşaqlarda səpgilər nəyin əlamətidir? Uşaqlarda ən çox narahatlıq yaradan hallardan biri də dəridə səpgilərin əmələ…