01 İyun 2020

Uşaqlarda yanıq zamanı edilən yanlışlar: İlkin yardım necə olmalıdır?

Yanıq zamanı düzgün şəkildə göstərilən ilkin yardım sonrakı sağalma prosesi üçün vacib şərtdir. e-tibb.az xəbər verir ki, bunu uşaqlarda yanıqlar zamanı tədbirlər barədə həkim-pediatr Aytən İsmayılzadə bildirib. O, çox zaman yanıqlar zamanı göstərilən ilkin yardımın yanlış olduğunu açıqlayıb:

“Uşaq yananda ilk olaraq qorxuruq. Çunki, bu da bir zədədir-dərinin zədəsi, sıyrılma, əzilmə kimi. Bəs niyə dəri sıyırlanda diş pastası, yağ vurmaq yada düşmür. Amma yanıq zamanı ilk yada düşən bunlar olur. Yanıq zamanı ağrı, göynəmə olduğunu bilirik. Eyni hiss sıyrılanda da olur. Amma o zaman doğru olaraq soyuq su altinda yuyub hansısa antibiotik tərkibli məlhəm vururuq, məsələn, “Levomekol”. Bir az da çox bilikli olanlar sağaldıcı olaraq “Bepanten” istifadə edir. Yanıq zamanı da ilkin yardım yanan yeri 15 dəqiqə soyuq su altında saxlamaqdır. İlkin yardım ona görə vacib deyil ki, həkimə qədər vaxt boşa getməsin, ona görə lazımdır ki, doğru şəkildə edilmiş ilkin yardım sonrakı sağalma üçün şərtdir. Yəni uşaq yanan kimi tez həkimə qaçırtmağın mənası yoxdur. Yaxşı olar ki, 15 dəq axar soyuq suyun altında saxlayasınız”.

Amma yanıqların fərqli olduğunu vurğulayan həkim vurğulayıb ki, əgər çox sahə, həm də dərin yanıbsa, bu zaman uşaq həyati təhlükəyə girir və vaxt itirmək olmaz.
Pediatr yanan yerə yağ və pasta sürtməyin yanlış olduğunu bildirib:”Yanıq dəri zədələnməsidir, sinir reseptorları açıq olur, buna görə də ağrı baş verir. Ağrıkəsici dərman qəbul etmək, yaxud yerli olaraq “novokain” məhlulu istifadə etmək olar. Yağ ona görə olmaz ki, burada yağlı örtük yaranır və altında mikroblar inkşaf edərək oradan qana keçir. Yanıq olan yerdə dəri müdafiəsi olmur və mikrob asanlıqla heç bir maneə görmədən qana keçə, asanlıqla sepsis də törədə bilər. Buna görə ehtiyatlı olmaq lazımdır. Uşaq nə qədər kiçikdirsə onun dərisi də bir o qədər zərifdir. Yanıq oldusa ilk növbədə soyuq, axar su altında 15 dəqiqə saxlamaq, sonra d-pantenol tərkibli köpük ya məlhəm, sonra soyulma da olarsa antibiotik tərkibli məlhəm vuraraq ( məsələn, “Sintomisin”) steril bintlə bağlamaq lazımdır.

A.İsmayılzadə qeyd edib ki, “Yanığı açıq saxlayaq, hava dəysin” fikri də yanlışdır: “Çünki havadan mikrob düşə bilər, həm də havanın təsirindən sinir reseptorları daha çox qıcıqlanar”.

26 İyun 2020
Parasetamol (asetaminofen) dünyada ən çox reseptsiz qəbul edilən dərmandır. Ağrıkəsici və qızdırmasalıcı təsirə malikdir. Ağrıkəsici…
24 İyun 2020
Körpələrlə bağlı ən aktual suallar: Nəyi etmək olar, nəyi yox? -Pediatrdan CAVAB Uşağın doğulması ilə…
19 İyun 2020
Bakı, 19 iyun, AZƏRTAC SARS-CoV-2 koronavirusunun səbəb olduğu yeni koronavirus infeksiyası – COVID-19 sürətlə inkişaf edərək…