“Uşaqlarda reanimasiya tədbirləri və multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar keçirilib

TƏBİB və Liv Hospital Vadi İstanbul arasında mövcud əməkdaşlıq çərçivəsində Yeni Klinikada “Uşaqlarda reanimasiya tədbirləri və multidissiplinar yanaşma” mövzusunda elmi-praktik seminar təşkil olunub.

Seminarın əsas məqsədi reanimasiya, pediatriya və təcili tibbi yardım sahəsində fəaliyyət göstərən həkimlərin bilik və praktiki bacarıqlarının artırılması, eyni zamanda multidissiplinar yanaşmanın əhəmiyyətinin vurğulanması və beynəlxalq təcrübənin paylaşılması olub.

Tədbirdə Türkiyənin aparıcı səhiyyə müəssisələrindən biri olan Liv Hospitalın Azərbaycan üzrə bölgə rəhbəri Vasif Akifli və İstanbul İstinye Universitetinin müəllimi, Liv Hospital Vadi və Ulus xəstəxanalarının uşaq ağciyər xəstəlikləri üzrə mütəxəssisi professor Dr. Erkan Çakır iştirak edərək çıxışlar ediblər.

Professor Dr. Erkan Çakır “Uşaqlarda reanimasiya tədbirləri və multidissiplinar yanaşma” mövzusunda təqdimatla çıxış edib və beynəlxalq təcrübəyə əsaslanan elmi bilik və praktiki tövsiyələrini seminar iştirakçıları ilə bölüşüb.

Seminarda ölkənin müxtəlif tibb müəssisələrindən dəvət olunmuş reanimatoloq, pediatr və təcili tibbi yardım üzrə ixtisaslaşmış həkimlər iştirak ediblər.

Qeyd edək ki, TƏBİB və Liv Hospital Vadi İstanbul arasında əməkdaşlıq çərçivəsində gələcəkdə də bu kimi peşəkar inkişaf və təlim yönümlü tədbirlərin keçirilməsi planlaşdırılır.

Возможно, это изображение 9 человек и текст «otokoi Protokol <ol Protoko!»

Возможно, это изображение 1 человек и помост

Возможно, это изображение 1 человек и учится

Возможно, это изображение 13 человек и люди учатся

Возможно, это изображение 1 человек, помост и текст «Adımızı Leading International Vision® (Sağlik Vtzyonunda Lider ពេុ as harflerinden aldk Vision ational Iw W HOSPTTAL 2825 잘»

Возможно, это изображение 6 человек и люди учатся

Возможно, это изображение 13 человек и люди учатся

Возможно, это изображение 12 человек и кларнет

Возможно, это изображение 8 человек