12 Sentyabr 2019

Uşaqlarda qurd xəstəliyinin ilkin əlamətləri

Uşaqlar arasında qurd xəstəlikləri ən çox rast gəlinən problemlərdən biridir. Bəzən valideynlər uşaqlarda belə bir problemin olduğundan uzun zaman xəbərsiz olurlar.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi valideynləri maarifləndirmək məqsədilə bu barədə məlumat açıqlayıb.

Bildirilir ki, qurd yumurtaları insan orqanizmə daxil olandan sonra gizli dövrdə özünü bildirmir. İlk əlamətlər bir qədər gec meydana çıxır.

Uşaqlarda qurd xəstəliyi əlamətləri hansılardır?

İlkin əlamətlər:

Əzginlik

İştahanın itməsi və normadan çox yemək

Qarın və göbək nahiyəsində ağrılar

Ürəkbulanma və diareya (bəzən)

Çəkinin itirilməsi

Dərinin solğunlaşması

Gecələr yuxuda dişləri qıcıtmaq

Anus dəliyi nahiyəsində gecələr güclənən qaşınma

e-tibb.az

01 İyun 2020
Yanıq zamanı düzgün şəkildə göstərilən ilkin yardım sonrakı sağalma prosesi üçün vacib şərtdir. e-tibb.az xəbər verir ki,…
01 İyun 2020
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl…
01 İyun 2020
Bakı. İlhamə İsabalayeva – Trend: Rezidenturaya qəbul imtahanının iyulun sonu, avqustun əvvəlində keçirilməsi nəzərdə tutulur.…