Uşaqlarda qarın ağrısının ƏSAS SƏBƏBLƏRİ
Uşaqlarda qarın ağrısı bir çox fərqli səbəbə bağlı ola bilər.
Nərimanov Tibb Mərkəzinin tabeliyində fəalliyyət göstərən Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) şöbəsinin müdiri Nərmin Səmədova Aztibb.az-a qarın ağrısına ən çox rast gələn səbəbləri açıqlayıb.
Həkim bildirib ki, bunlardan biri həzm problemləridir. Belə ki, uşağın həzm sistemi hələdə inkişaf etməkdə olduğundan, bu problemə bağlı olaraq qarın ağrısı ola bilər. Qaz, qəbzlik, ishal, mədə bulantısı və ya mədə turşuluğu kimi şikayətlər uşaqlarda rast gəlinə bilər.
Onun sözlərinə görə, uşaqlarda qarın ağrısı infeksiyalardan da qaynaglana bilər. Məsələn, sidik yolları infeksiyaları bağırsaq infeksiyaları və ya tənəffüs yolu infeksiyaları da qarın ağrısına yol aça bilər.
Nərmin Səmədova yad cisimin də uşaqlarda rast gəlinən qarın ağrısının səbəblərindən olduğunu deyib. Bildirib ki, uşaqlar adətən oyun sırasında kiçik yad cisimləri udarlar. Bu cisimlər isə bağırsaqda ilişərək qarın ağrısına səbəb ola bilər.
“Stres ve psixoloji narahatlıq, appendisit və digər cərrahi xəstəliklər kəskin qarın ağrısına səbəb ola bilər. Əgər uşağınızda qarın ağrısı şikayətləri varsa vaxtinda həkimə müraciət etməyiniz məsləhətdir. Həkim uşağınızın simptomlarını qiymətləndirərək uyğun diaqnoz və müalicə təyin edəcəkdir” – deyə o, əlavə edib.